Quba rayonunda qanunsuz ov edən şəxs tutulub. Bu barədə ShimalNews 16 yanvar tarixində məlumat verir.

Polis şöbəsinin əməkdaşları əməli törədən Füzuli Ağayevi saxlayıblar. Həmin şəxsdən 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkar edilib.