Qubada hava şəraiti avtomobil qəzasına səbəb olub. Bu haqda ShimalNews 16 yanvar tarixində məlumat verir.

Hadisə H.Əliyev prospekti və Memar Əcəmi küçəsinin kəsişməsində baş verib. “KİA” və “VAZ” markalı avtomobillər toqquşub. Xəsarət alan yoxdur.

Əraziyə polis və sığorta əməkdaşları cəlb ediliblər.

Şahidlərin sözlərinə görə, yol buzlu olub. Bu səbəbdən avtomobillər qəzaya düşüb.