Xudat şəhəri ərazisində yol patrul xidmətinin əməkdaşı xəsarətlə nəticələnən qəza törədib. Bu barədə ShimalNews 16 yanvar tarixində məlumat verir.

Hadisə yanvarın 15-i, saat 11:00 radələrində Nabran yolunda baş verib. Yol polisinə məxsus “KİA” markalı avtomobil yolu keçən Ə.Müslümovu vurub.

Sürücü xəsarət alanı Bakıda yerləşən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

Zərərçəkən reanimasiya şöbəsinə yerləşdirilib.