Quba Açıq Əyləncəli Məktəbli Futbol Liqasında 1-ci dövrənin son oyunları keçirilib. Bu barədə ShimalNews 16 yanvar tarixində adıçəkilən liqaya istinadən məlumat verir.

Yanvarın 15-i keçirilən matçların hesabları:

“Şahdağ” FK 5:0 “Wolver” FK;
“Quba” FK 12:1 “Dəmir Yumruq”;
“Tigers” FK 5:1 “Qafqaz” FK.

Beləliklə, 7 turdan sonra ilk dövrəyə yekun vuruldu. Nəticələrə əsasən, 1-ci yerdə 18 xalla “Qarabağ”, 2-ci yerdə 15 xalla “Quba”, 3-cü pillədə 13 xalla “Suşa” qərarlaşıb. Son 3 görüşdə qələbə qazanan “Şahdağ” komandası 11 xalla 4-cü pilləyə yüksəlib.

İkinci dövrəyə yanvarın 22-si start veriləcək.

Quba Açıq Əyləncəli Məktəbli Futbol Liqasında 1 dövrənin son oyunları keçirilib
Foto açıq mənbələrdən