İsmayıllıda qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Bu barədə ShimalNews 16 yanvar tarixində Sfera.az-a istinadən məlumat verir.

Hadisə Qaraməryəm-İsmayıllı yolunda baş verib. “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq hasara çarpılıb. Nəticədə sükan arxasında olan Kürdmaşı kənd sakini, 36 yaşlı Amil Quliyev Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəsarətalanın vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.