İsmayıllıda uşaqlar üçün duyu bütünləmə terapiyası üzrə ödənişsiz qəbul keçiriləcək. Bu haqda ShimalNews 16 yanvar tarixində məlumat verir.
Açıq qapı günü Uşaq və Ailələrə Dəstək Mərkəzində, yanvarın 21-i saat 10:00-da baş tutacaq. Övladlarının autizmi olan, yaxud bundan şübhələnən valideynlər müraciət edə bilərlər.
Burada eləcə də hiperaktivlik, diqqət əskikliyi, psixoloji gərginlik, eşitmə və nitq problemi, habelə aşağıda sadalanan narahatlıqlar terapiyaya daxildir:
- Zəif əzələ tonusu;
- oturarkən qolları üzərinə ağırlıq salma;
- İçində motor bacarıqlar olan tapşırıqlarda çətinlik (rəqs, idman etmək və s.);
- Hərfləri, rəqəmləri tərs yazma (yaxud yazını damada yerləşdirə bilməmək);
- Qələmin ucunu kağıza bərk basma;
- Maşında, təyyarədə və ya başqa minik vasitələrində ürəkbulanma;
- Duş almaqdan, saç kəsdirməkdən, daramaqdan, qucaqlaşmaqdan, dırnaq kəsməkdən rahatsız olma;
- Toxunma, səs, qoxu və dadlara qarşı aşırı həssaslıq;
- Eyni əşyalara qarşı aşırı bağlılıq.
Əlavə məlumat üçün nömrələr 2851446 və 2851046.