Qusar rayon sakini Bakıda motosiklet oğurlayıb. Bu haqda ShimalNews 16 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə Nəsimi rayonu ərazisində baş verib. Paytaxt sakini K.Aliyevə məxsus “Minsk” markalı nəqliyyat vasitəsi qaçırılıb.

Bununla bağlı Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Rakim Babaliyev saxlanılıb.

Araşdırmadan sonra məlum olub ki, Rakim əvvəllər də məhkum olunmuşdur. Eləcə də o, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda idi.