Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilib və tikinti işlərinin 48 %-i icra olunub. Bu haqda ShimalNews 16 yanvar tarixində “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq.

Sumqayıt-Yalama dəmir yolunun uzunluğu 363 km təşkil edir. Artıq 155 km-lik hissədə yeni rels-şpal şəbəkəsi quraşdırılıb və 143 km-i istifadə edilir.