Xaçmazda dünənki küləyin törətdiyi fəsadların qısa icmalı hazırlanıb. Bu barədə ShimalNews 14 yanvar tarixində məlumat verir.

Ümumilikdə rayon mərkəzində və 94 kənddə elektrik enerjisi kəsilmiş, 17.300 abonent işıqsız qalmışdır. “Azərişıq” ASC-nin qəza briqadalarının səhərə qədər gördüyü bərpa işləri nəticəsində 54 kəndin 11.000 abonentinə enerjinin verilməsi gecə saat 3-dən sonra bərpa olunub. Briqadalar hazırda bərpa işlərini davam etdirir.

Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən 5 mərətəbəli binanın dam örtüyünün bir hissəsi uçub. Həmçinin 8 ağac aşıb. Onlardan biri avtomobilin üzərinə düşərək sürücüyə xəsarət yetirib.