Xaçmaz rayon sakinləri 7.305 qr narkotiklə tutulublar. Bu barədə ShimalNews 14 yanvar tarixində DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Rayon polis şöbəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə E.Siracova məxsus “VAZ-21713” markalı avtomobil və sərnişini S.Yudin saxlanılıblar.
Nəqliyyat vasitəsinə baxış zamanı 1.510 qr-dan artıq heroin, 98 qr-dan artıq metamfetamin və 5.7 kq-dan artıq marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.