Qusarda 2 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Bu barədə ShimalNews 14 yanvar tarixində DİN Mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə bu gün saat 8:00 radələrində Yeni Həyat qəsəbəsində qeydə alınıb. Ənvər Əlirzayevə məxsus ev alışıb. Nəticədə 68 yaşlı Zərəngül Əlirzayeva və onun 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.
Əraziyə polis və FHN əməkdaşları cəlb olunub. Alovun qarşısı alınıb.
İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.