Qusarda gənclər üçün “Peşəkar gənclik” layihəsində iştirak etmək imkanı yaradılacaq. Bu barədə ShimalNews 14 yanvar tarixində GİKM-in rayon üzrə nümayəndəliyinə istinadən məlumat verir.

Ali təhsili olmayan, amma peşə ixtisaslarına yiyələnmək istəyənlər üçün Heydər Əliyev Mərkəzində maarifləndirici görüş keçiriləcək. Burada iştirak etmək üçün aşağıdakı link (https://forms.gle/26M6vsTc8DYGtgDD8 ) vasitəsilə qeydiyyatdan keçmək olar.

Tarix: 17 yanvar;
Saat: 14:00.