Qusar rayon Qadın Resurs Mərkəzində qadınlar üçün ödənişsiz kurslar təşkil ediləcək. Bu barədə ShimalNews 14 yanvar tarixində adıçəkilən mərkəzə istinadən xəbər verir.

Layihə işsizliyin aradan qaldırılmasına yönəlib. Rayon üzrə 20 qadın üçün məşğulluq imkanlarının genişləndirilməsi və gücləndirilməsi imkanları yaradılacaq.

Kurs 2 ay müddətinə həftədə 3 gün olmaqla davam edəcək. İştirakçılara “Kompüter bacarıqları” və “CV yazmaq və iş axtarmaq bacarıqlarının öyrədilməsi” təlimləri keçiriləcək.

Əlaqə üçün e-mail: [email protected]; telefon: 0233855695.