Quba şəhərinin Heydər Əliyev prospektində məktəblilər təhlükə ilə üzləşirlər. Bu barədə ShimalNews 14 yanvar tarixində Real TV-yə istinadən məlumat verir.

Buna səbəb 1 nömrəli orta məktəbin hasarının qəzalı vəziyyətdə olmasıdır. O, istənilən an uça bilər. Şagirdlər isə hər gün buradan keçməli olurlar. Mövcud vəziyyət valideynləri ciddi şəkildə narahat edir. Onlar illərdir yaşanan bu təhlükəli halın aradan qaldırılmasını istəyirlər.

Hasar məktəbə aid olduğuna görə təmir işlərini Elm və Təhsil Nazirliyi həyata keçirməlidir. Quba-Xaçmaz regional təhsil idarəsindən məsələ ilə bağlı bildirilib ki, artıq nazirliyin əsaslı tikinti və təchizat idarəsi tərəfindən təmir üçün vəsait ayrılıb. Hava şəraiti normallaşan kimi hasar sökülərək yenisi ilə əvəz olunacaq.