Qubada avtomobil vurması nəticəsində komaya düşən uşaq dünyasını dəyişib. Bu barədə ShimalNews-a 14 yanvar tarixində məlumat daxil olub.

Hadisə yanvarın 13-ü axşam saat 19:00 radələrində baş verib. 5-ci sinif şagirdi Ramin Quba Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.
Qəza dekabrın 21-i Alekseyevka kənd məktəbinin qarşısında baş verib. Quba-İqriq istiqamətində hərəkət edən “Qazel” markalı avtomobil dərsdən çıxan Ramini vurmuşdu.