ADPU-nun Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayevaya pedaqogika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu barədə ShimalNews 14 yanvar tarixində universitetin Quba filialına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AKK) qərarı ilə diplomun təqdimatı keçirilib.

Son 3 ildə ADPU-nun Quba filialının 3 əməkdaşına AAK-nin qərarı ilə fəlsəfə doktoru, 1 əməkdaşına elmlər doktoru elmi dərəcəsi verilmiş, 1 nəfər əməkdaşı isə AAK-nin tələbləri əsasında nostrifikasiyadan keçmiş və tarix üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi verilmişdir. Həmçinin 1 əməkdaş elmlər doktorluğu dissertasiya işini şurada uğurla müdafiə edərək komissiyaya təqdim etmişdir.