Xaçmaz şəhərində transformatorun yerləşdiyi tikilidə yanğın olub. Bu barədə ShimalNews 14 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə yanvarın 13-ü axşam saatlarında baş verib. Nəticədə tikilinin yanar konstruksiyaları 5 kv.m sahədə, içərisindəki transformatorun yağı və sarğıları yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib, alov söndürülüb.