Xaçmazda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində sürücü xəsarət alıb. Bu barədə ShimalNews 13 yanvar tarixində Report-a istinadən xəbər verir.

Hadisə Nərəcan-Uzunoba avtomobil yolunun Ağtala kəndi ərazisində baş verib. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin üzərinə ağac aşıb.

Avtomobilin sürücüsü, 29 yaşlı Vüsal Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.