Xaçmaz rayonunda hava şəraiti bir sıra fəsadlar törədib. Bu barədə ShimalNews 13 yanvar tarixində xəbər verir.
Məlumata görə, saat 11:00 radələrindən güclü külək başlayıb. Nəticədə şəhərin M.Ə.Rəsulzadə küçəsində 2 yaşı çox olan iynəyarpaqlı ağac aşıb. Ətrafda olan insanlar xəsarət almayıb.
Həmçinin saat 12:00 radələrindən başlayaraq rayon üzrə elektrik təminatında fasilələr yaranıb.
