Səhər saatlarında Xaçmaz dairəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 13 yanvar tarixində məlumat verir.
Hadisə saat 8:00 radələrində qeydə alınıb. “Mercedes” markalı yük avtomobili idarəetməni itirib və dairəyə çarpılıb. Nəticədə nəqliyyat vasitəsi yararsız hala düşüb və çəpər sökülüb.
Əraziyə polis və evakuator xidməti cəlb edilib.
