Xaçmaz rayonunun Həsənqala kəndində birmərtəbəli ev yanıb. Bu haqda ShimalNews 13 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Əraziyə cəlb edilən FHN-in bölmələri alovu söndürüb və ətraf tikililəri mühafizə ediblər.

Ziyan dəymiş binanın sahəsi 54 kv.m təşkil edir. Onun taxta atmalarının isə 6 kv.m-i yanıb.

Xilasedicilər alovu söndürərək tövlənin qalan hissəsini yanğından mühafizə ediblər.