Qubada intihar etmək istəyən gənc qadını xilas ediblər. Bu barədə ShimalNews 13 yanvar tarixində Report-a istinadən xəbər verir.

Məlumata görə, 25 yaşlı N.H. yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Lakin onun ailə üzvləri vaxtında hadisə yerinə gələrək qadını ipdən azad ediblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.