Qubada Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Soyqırımı memorial kompleksi”nin işçilərinin əmək haqları artırılıb. Bu barədə ShimalNews 13 yanvar tarixində məlumat verir.

Prezident İlham Əliyev əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Ona əsasən, sözügedən təşkilatda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu aydan orta hesabla 15% artırılıb.