Millət vəkili Novruz Aslanov İsmayıllı rayon sakinlərinin videoformatda qəbulunu keçirib. Bu barədə ShimalNews 13 yanvar tarixində Aia.az-a istinadən xəbər verir.

Görüşdə 20-yə yaxın sakin deputatın İsmayıllı şəhərindəki ofisinə gələrək məmurla görüntülü əlaqə yaradıblar. Onları narahat edən məsələlərin əsas hissəsi sosial yönümlü olub. Əlavə olaraq, şəxsi məişətlə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşlarla fərdi qaydada müzakirələr aparılıb, bəzi tövsiyələr verilib. Digər qurumlara aid məsələlər isə qeydiyyata alınıb və onlarla bağlı müvafiq müraciətlərin ediləcəyi bildirilib.

Həmçinin ehtiyacı olan ailələrə humanitar yardım göstərilməsi planlaşdırılıb.