İsmayıllıda yağan qar Cülyan kənd sakini üçün fəsadlar törədib. Bu barədə ShimalNews 13 yanvar tarixində Report-a istinadən xəbər verir.

Məlumata görə, Raqif Ağayevə məxsus evin qarşısındakı çardaq qarın altında çöküb. Orada park edilən “Mercedes” markalı minik avtomobili yararsız hala düşüb. Nəticədə ev sahibinə ümumilikdə 5.000 manatdan çox maddi ziyan dəyib.