Xaçmaz rayonunda 25 yaşlı sakin dəm qazından boğularaq ölüb. Bu barədə ShimalNews 13 yanvar tarixində Report-a istinadən xəbər verir.
Hadisə Yenihəyat kəndində qeydə alınıb. Nurlan Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.