Qubanın ticarət müəssisələrində monitorinqlər həyata keçirilib. Bu barədə ShimalNews 13 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Şəhərdə yerləşən “Qala” çay evində agentlik tərəfindən nöqsanlar müəyyən olunub:
1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi;
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı.
Bununla bağlı obyektə qarşı qanunda nəzərdə tutulan addımlar atılıb.