Xaçmazda “Əmək və icra intizamının təmin edilməsi qaydaları” mövzusunda təlim keçirilib. Bu barədə ShimalNews 12 yanvar tarixində Xaçmaz KOBİM-ə istinadən məlumat verir.

Görüş zamanı iştirakçılara ünsiyyət bacarıqları və bədən dili, müəssisədaxili intizam qaydaları, yumşaq bacarıqlar, etik davranışlar, vaxtın idarə edilməsi, problemin həlli, liderlik barədə məlumat verilib. Bundan əlavə, stresin idarə olunması, konflikt və münaqişəli halların yaranmasının qarşısının alınması, konflikt və stresin xüsusiyyətləri, münaqişə, stresin formalaşması barədə danışılıb.

Tədbirdə 19 nəfər iştirak edib.