Şimal bölgəsində qarlı hava şəraiti ilə bağlı yollarda vəziyyət açıqlanıb. Bu barədə ShimalNews 12 yanvar tarixində məlumat verir.

11 yanvar tarixində  Qusarda 1 nəqliyyat hadisəsi olub, 1 avtomobilə zərər dəyib. Xaçmazda 4 nəqliyyat hadisəsi olub, 8 avtomobilə zərər dəyib. Qubada isə 2 nəqliyyat hadisəsi olub, 3 avtomobilə zərər dəyib.

Yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alan olmayıb.