Quba-Xaçmaz yolunda avtomobil ağaca çarpılıb. Bu barədə ShimalNews-a 12 yanvar tarixində məlumat daxil olub.
Yolların büz bağlaması ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən Zərdabi qəsəbəsində “VAZ-2106” markalı minik avtomobili ağaca çarpılıb. Avtomobilə ciddi ziyan dəyib.