Tanınmış bank “Qusar” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi və “Quba” filialının kassiri vakansiyalarını elan edib. Bu haqda ShimalNews 12 yanvar tarixində məlumat verir.

Müştəri xidməti şöbəsinin mütəxəssisi və kassir vakansiyalarına dair tələblər:

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Kompüter bilikləri.

“Xalq bank”ın vakansiyaları ilə maraqlanan şəxslər linkə daxil olaraq, 10 fevral 2023-cü il tarixinədək müraciət edə bilərlər.