Özünə qəsd edən qubalı əsgər Vladimirovka kəndində dəfn edilib. Bu barədə ShimalNews 11 yanvar tarixində Bizim.Media-ya istinadən xəbər verir.

Əsgər Vüsal Məmmədovun dəfn mərasimində sakinlər, ailə üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Yanvarın 9-da 2004-cü il təvəllüdlü əsgər odlu silahdan atəş açmaqla özünü öldürüb. Hadisənin hansı səbəbdən baş verməsini Hərbi Prokurorluq araşdırır.