Quba rayonunda birmərtəbəli evdə yanğın baş verib. Bu barədə ShimalNews 12 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə Alekseyevka kəndində qeydə alınıb. Ümumi sahəsi 120 kvadratmetr 4 otaq və aynabənddən ibarət evin 80 kvadratmetr sahədə yanar konstruksiyaları və dam örtüyü yanıb.
Əraziyə cəlb edilən xilasedicilər evin qalan hissəsini yanğından mühafizə ediblər.