Xaçmaz rayonunda müharibə iştirakçısının ölməsi barədə polisə məlumat daxil olub. Bu haqda ShimalNews 12 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

İlkin məlumata əsasən, yanvarın 11-də saat 23:00 radələrində 35 yaşlı Ağyazı Buduq kənd sakini Rəşid Apayev öldürülüb. Hadisə Laman kəndinin meşə ərazisində qeydə alınıb.

30 yaşlı Kürdəmir rayon sakini Həmzə Həmzəyevin ov tüfəngindən ehtiyatsız davranması nəticəsində müharibə iştirakçısı dünyasını dəyişib.

Araşdırma aparılır.