İsmayıllıda “Heydər Əliyev İli” ilə əlaqədar dəyirmi masa keçirilib. Bu haqda ShimalNews 12 yanvar tarixində rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin və İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə təşkil edilib. Gİİ rəisi Taleh Salehov və əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov və əməkdaşları, İsmayıllı rayon MSK-nın  direktoru Orxan Ağayev və əməkdaşları və bir qrup gənc iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd “Heydər Əliyev İli”nin elan edilməsinin qeyd olunması, Heydər Əliyevin həyat və fəaliyyətinə geniş aspektdən baxışın keçirilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin artırılması olub.