Xaçmazın findıq təsərrüfatçıları məhsulun bazarda ucuzlaşdığını bildiriblər. Bu barədə ShimalNews 11 yanvar tarixində məlumat verir.

Məlumata görə, son 10 ildə fındıq bu qədər ucuz olmayıb. Hazırda 30-35 % ucuzlaşaraq qəbul məntəqələrində maksimum 3.60 manat qiymət təyin olunub. Halbuki ötən illərdə qiymət 5-6 manat civarında idi.

Xaçmaz rayonunda 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri fəaliyyət göstərir. Onlar qiymətin ucuzlaşmasını məhsulun xarici bazardakı qiyməti ilə əlaqələndirirlər.

Tədarük olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac edilir.