Xaçmaz rayonunun Şıxlı kəndində meyit tapılıb. Bu barədə ShimalNews 11 yanvar tarixində Report-a istinadən xəbər verir.
Məlumata görə, kənd sakini, 36 yaşlı Anar Məstəliyevin cəsədini öz evində aşkar ediblər. Onun dəm qazından öldüyü ehtimal edilir.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.