Quba rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb. Bu barədə ShimalNews 11 yanvar tarixində Report-a istinadən xəbər verir.

Hadisə Quba-Qusar yolunda baş verib. Nəticədə Xaçmaz rayon sakini, 27 yaşlı Cilovxan Əmirbəyov, Qusar rayon sakinləri, 29 yaşlı İmran Sultəliyev və 60 yaşlı Rəhilə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.