Quba-Xaçmaz Regional Təhsil İdarəsini təmsil edən 498 şagird Respublika Fənn Olimpiadalarının ilk turunda uğur qazanıb. Bu barədə ShimalNews 11 yanvar tarixində məlumat verir.

Növbəti mərhələyə vəsiqə qazananların 148 nəfəri  Quba, 131 nəfəri Xaçmaz, 79 nəfəri Qusar, 67 nəfəri Şabran, 51 nəfəri isə Siyəzən rayonlarında təhsil alır.

Müqayisə üçün: ötən il uğur qazananların sayı Quba – 125, Xaçmaz – 115, Qusar – 56, Şabran – 54, Siyəzən – 34 nəfər, ümumilikdə 384 nəfər olmuşdur.