İsmayıllı Rayon İcra Hakimiyyəti yeni ilin ilk vətəndaş qəbulunu keçirib. Bu barədə ShimalNews 11 yanvar tarixində adıçəkilən quruma istinadən xəbər verir.

Görüşdə icra başçısının vəzifəsini müvəqqəti icra edən onun 1-ci müavini Mahmud Süleymanov iştirak edib. O, rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Qaldırılan məsələlərin qısa müddətdə araşdırılaraq onlarla bağlı zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.