Qubanın Vladimirovka kəndindən olan əsgərin N saylı hərbi hissədə intihar etdiyi məlum olub. Bu barədə ShimalNews 11 yanvar tarixində xəbər verir.

Gəncə hərbi prokurorluğuna yanvarın 9-u əsgər Vüsal Məmmədovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə məlumat daxil olub.

Prokurorluq əməkdaşları zəruri tədbirləri icra ediblər. Fakt üzrə araşdırma davam edir.