Qubadan Bakıya gələn sərnişinlə dolu avtobus aşıb. Bu barədə ShimalNews 11 yanvar tarixində Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.

Yol-nəqliyyat hadisəsi Siyəzən rayonu ərazisində baş verib. “Hyundai” markalı sərnişin daşıyan avtobusun qarşısına mal-qara çıxıb. Nəticədə sürücü idarəetməni itirib.

“Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və yolun kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır”, BDYPİ-dən açıqlama verilib.