Qubalı şəhid Miqdad Abduləlimovun doğmaları tərəfindən onun son qartopu oynaması lentə alınıbmış. Bu barədə ShimalNews 11 yanvarda məlumat verir.

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə şəhid Miqdadın görüntüləri yayılıb. O və atası Faiq qartopu oynayarkən yaşadıqları şənlik maraq doğurub.

Miqdad 23 mart 2002-ci ildə Quba rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsi zamanı Tərtərin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 29 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra  Abduləlimov “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.