Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 11 yanvar tarixində məlumat verir.

Qəza “Mübariz Petrol”un yanında qeydə alınıb. “Tatra” yük və “VAZ-2106” markalı avtomobillər toqquşub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Şahidlərin sözlərinə görə, xəsarət alan olmayıb.