Qusar rayonunda hovuzda meyiti aşkarlanan şəxsin kimliyi məlum olub. Bu barədə ShimalNews 11 yanvar tarixində Report-a istinadən xəbər verir.

Məlumata görə, rayonun İmamqulukənd kəndinin sakini, 63 yaşlı Şirvan Xosrovov hovuzda boğularaq ölüb. Onun intihar məqsədi ilə özünü hovuza atdığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.