Qusarın İmamqulukənd kəndində ölüm hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 11 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Onlar həmin şəxsin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.