Bu gün Xaçmaz ağ örpəyə bürünüb, qar isə hələ ki yağmaqdadır. Bu barədə ShimalNews 11 yanvar tarixində məlumat verir.

Dünən axşam saatlarından başlayaraq fasiləsiz yağıntılı hava davam edir. Hazırda temperatur göstəricisi -4 dərəcə, qarın hündürlüyü isə 15 sm səviyyəsindədir.

“Çoxdandır Xaçmazıma belə qar yağmamışdı. Yollarda avtomobillərin və insanların sayı azalıb, lap 1970-ci illəri xatırladır”, – deyə sakin bildirib. O əlavə edib ki, ümumilikdə əhali bu cür havaya pozitiv yanaşır.