Xaçmazda həmkəndlisini bıçaqlayan şəxsin məhkəməsi olub. Bu barədə ShimalNews 10 yanvar tarixində Pravda.az-a istinadən məlumat verir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Süleyman Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Hökmə əsasən, ona şərti cəza verilib.

Hadisə fevralın 19-u Sibiroba kəndində baş vermişdir. 52 yaşlı Süleyman mətbəx bıçağı ilə 45 yaşlı Valeh Novruzovun qarın nahiyəsinə xəsarət yetirmişdir.