Xaçmazda sürücünün düzgün yerinə yetirmədiyi manevr avtomobil qəzasına səbəb olub. Bu barədə ShimalNews 10 yanvar tarixində məlumat verir.

Hadisə yanvarın 9-u saat 18:00 radələrində qeydə alınıb. Şahidlərin sözlərinə görə, Bakı prospekti ilə hərəkət edən “VAZ-2107” səhv manevr edib və yolun kənarında park edilən “VAZ-21015” markalı avtomobilə çarpılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Xəsarət alan yoxdur.