Bakıda bir neçə gün əvvəl özünü binadan atan qadının Qusardan olduğu məlum olub. Bu barədə ShimalNews 10 yanvar tarixində Lent.az-a istinadən xəbər verir.

Hadisə yanvarın 7-də baş verib. 59 yaşlı Xuraman Kazımova yaşadığı Atatürk prospekti, 3078 A ünvanındakı 16 mərtəbəli binanın 12-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Məlumata görə, bu, intihar addımı idi. Xuraman psixoloji problemlərdən əziyyət çəkirdi və tez-tez depressiya halına düşürdü.

Həmin görüntüləri izləyicilərimizə təqdim edirik: